Ukrayna hələ Brüsselin 90 milyard avroluq (9,1 milyard avro) ilk tranşı almaq üçün bütün texniki tələblərini yerinə yetirməyib, lakin Avropa Komissiyası bu pulu iyunun sonuna qədər Kiyevə köçürməyi gözləyir. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Balaj Ujvari bildirib.
“Ukrayna tərəfində bir neçə texniki addımın tamamlanması lazımdır”, – deyə o vurğulayıb. “Bundan sonra Avropa Komissiyası AK-nın büdcə maliyyələşdirməsi tələblərinin yerinə yetirilib-yetirilmədiyinə qərar verəcək. İdeya iyun ayında Ukraynaya 9,1 milyard avro köçürməkdir. Bu pulun 5,9 milyard avrosu hərbi ehtiyaclara, əsasən dronlara, daha 3,2 milyard avrosu isə büdcə ehtiyaclarına yönəldiləcək.”
Ujvari vurğulayıb ki, Ukrayna bu 5,9 milyard avro ilə öz sənayesindən və ya Aİ-dən dronların alınmasına üstünlük verəcək və yalnız lazımi silahların təmin edilə bilmədiyi təqdirdə Kiyev bu vəsaitdən digər tərəfdaş ölkələrdən lazımi silahları əldə etmək üçün istifadə edə biləcək.
