May 24, 2026-0:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Akademik Musiqili Teatrda Oqtay Rəcəbovun 85 illiyi qeyd olunub

2026:04:06 - 12:07
in GÜNDƏM
A A

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Əliqulu bu gün evlənir” tamaşasının növbəti nümayişi görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun anadan olmasının 85 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, bəstəkarın ailə üzvlərinin də izlədiyi tamaşa alqışlarla qarşılanıb.

Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist Əkbər Əlizadə mərhum bəstəkarın yaradıcılıq yolundan, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

İlham Namiq Kamal sənətkarı minnətdarlıqla xatırlayıb: “Mən fəxr edirəm ki, Oqtay Rəcəbovun musiqisi ilə bu teatrda ərsəyə gələn üç tamaşadan ikisinin – “Şeytanın yubileyi” (əsərin müəllifi Aqşin Babayev) və “Əliqulu bu gün evlənir” (Sabit Rəhman) tamaşalarının quruluşçu rejissoruyam. Fəxr edirəm ki, o görkəmli şəxsiyyətlə iş birliyim olub”.

Qeyd edək ki, Xalq artisti İlham Namiq Kamalın quruluşunda 2024-cü ildə hazırlanan “Əliqulu bu gün evlənir” tamaşasının quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Səhnə əsərində Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak ediblər.

Əvvəlki Yazı

Bakı görüşü TDT-nin institusional inkişafında yeni mərhələ kimi qiymətləndirilir 

Növbəti Yazı

MÜTDA: Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.