İyun 17, 2026-3:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

AKİ-dən yeni layihə: “Öz filmini yarat!” qısametrajlı film laboratoriyası

2025:11:18 - 13:59
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas layihələrindən biri kinematoqrafçılar üçün nəzərdə tutulan təlim proqramlarıdır. Bu proqramlar yeni başlayan və inkişaf etmək istəyən rejissorlar, ssenaristlər və prodüserlər üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazandırmağı hədəfləyir. AKİ bu məqsədlə yeni layihə elan edir: “Öz filmini yarat!” qısametrajlı film laboratoriyası.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, laboratoriyanın məqsədi iştirakçıların öz orijinal film ideyalarını inkişaf etdirmələri, onları peşəkar şəkildə sinopsis, tritment və ssenari mərhələlərinə gətirmələri, daha sonra isə çəkiliş prosesinə keçərək qısametrajlı filmlərini tamamlamalarıdır. Təlim rejissor və prodüser, AKİ-nin katibi Oleq Səfərəliyev tərəfindən aparılacaq. Lakin iştirakçılar digər yerli mütəxəssislər tərəfindən də ustad dərsləri alacaqlar ki, bu da iştirakçılara yaradıcı sənayedə qəbul olunmuş müasir yanaşmalarla tanış olmaq imkanı yaradacaq. Hər bir iştirakçı mentor dəstəyilə öz layihəsini addım-addım inkişaf etdirib, laboratoriyanın sonunda filmini nümayiş üçün hazır vəziyyətə gətirəcək. Bu təlim yaradıcılıq prosesinə sistemli yanaşma təqdim edir və iştirakçılara öz film layihələrini sıfırdan peşəkar səviyyəyə qədər inkişaf etdirmək imkanı yaradır və həm yeni başlayanlar, həm də təcrübəsini gücləndirmək istəyən kino mütəxəssisləri üçün nəzərdə tutulub. Təlim prosesində iştirakçılar yaradıcılıq prosesini dərindən mənimsəmək üçün əlavə olaraq operator, kino rəssamı, kino bəstəkarı, prodüser və s. peşənin mütəxəssisləri ilə görüşəcəklər. Seçilmiş layihələr ekranlaşdırılıcaq.

Layihəyə müraciət etmək istəyənlər dekabrın 1-dək AKİ-nin e-mail ünvanına (info@aki.az) “Öz filmini yarat!” başlığı ilə müraciət edə bilərlər.

Daha ətraflı məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqının saytından əldə etmək olar.

Əvvəlki Yazı

Murad Ağabəyli: “Lahıc və Basqalda tarixi küçələrdə bərpa işləri aparılır”

Növbəti Yazı

Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.