İyul 6, 2026-8:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək

2025:09:22 - 10:00
in MƏDƏNİYYƏT
A A

İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və yeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Nəsimi festivalı çərçivəsində Şamaxıdakı Nəsimi Bağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəl F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının təqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.

Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyəcək.

Tanınmış müğənni Çingiz Mustafayev və türkiyəli yazar, musiqiçi Hakan Mengüçun ifasında “Qafil, oyan” səslənəcək.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, tanınmış müğənni AISEL, əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə “Dönməzəm” dinləniləcək.

Bədii proqram dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri – “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi ilə başa çatacaq. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq.

Bu təqdimatı özünəməxsus edən isə Şamaxıda yeni ucaldılan möhtəşəm Nəsimi abidəsinin önündə baş tutması olacaq.

Builki Nəsimi festivalı 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək.

Əvvəlki Yazı

Ukrayna Polşada müavinətlərdən məhrum olacaq vətəndaşlarını geri qaytarmağa hazırlaşır

Növbəti Yazı

İlham Əliyev I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.