Aprel 30, 2026-21:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Alimin ömür yolu və elmi irsi bir kitabda – MEK-dən yeni vəsait

2026:04:09 - 14:29
in SOSİAL
A A

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin 70 illik yubileyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görkəmli alim ömrünü Naxçıvan ərazisində mövcud olan tarixi abidələrin sistemli tədqiqinə həsr edib. O, 300-ə yaxın elmi əsərin, xarici ölkələrdə nəşr olunmuş 260-dan çox elmi məqalənin müəllifidir. V.Baxşəliyevin xarici ölkə tədqiqatçıları ilə birgə apardığı ekspedisiyalar həm Naxçıvan tarixi, həm də Azərbaycan tarixi üçün mühüm nəticələr verib.

AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Natəvan Rəhimovadır.

Göstərici Vəli Baxşəliyevin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Nəşrdə V.Baxşəliyevin əsərləri, redaktə etdiyi və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəlxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbərlik etdiyi dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilir. Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Əvvəlki Yazı

Azərbaycan İranın ağır günlərində öz davranışı ilə dostluğunu bir daha isbat etdi

Növbəti Yazı

Cənubi Koreya 2040-cı ilə qədər sərhəd qoşunlarının sayını üçdə bir azaldacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.