İyun 14, 2026-22:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

Alimlər şəkərdən tamamilə imtina etməyin mənfi nəticələrini aşkar ediblər

2026:06:14 - 16:03
in MANŞET
A A

Alimlər müəyyən ediblər ki, şəkərin qidadan mütləq şəkildə çıxarılması bağırsaqların sağlamlığına və metabolizmə mənfi təsir göstərə, həmçinin qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pisləşməsinə səbəb ola bilər.

Tədqiqatın nəticələri “ScienceDaily” jurnalında dərc olunub.

“Küveytdə yerləşən Dasman Diabet İnstitutunun elmi qrupu siçanların yağı azaldılmış və şəkərin ən geniş yayılmış formalarından biri olan saxarozanın tamamilə olmadığı qida ilə bəslənməsinin nəticələrini araşdırıb. Eksperiment çərçivəsində bu heyvanlar nəzarət qrupu ilə müqayisə edilib”, – materialda qeyd olunur.

Bədən kütləsinin eyni olmasına baxmayaraq, eksperimental qrupdakı gəmiricilərdə qlükoza səviyyəsinin tənzimlənməsində pozuntular, insulinə həssaslığın azalması, bağırsaq mikrobiotasının tərkibində dəyişikliklər, həmçinin bağırsaq və qaraciyərdə iltihab prosesləri aşkar edilib. Bundan əlavə, alimlər qaraciyərin piy xəstəliyinin yaranması ilə əlaqədar patoloji dəyişikliklər qeydə alıblar.

Elmi işin müəllifləri belə qənaətə gəliblər ki, az yağlı pəhrizə riayət etdikdə saxarozanın tamamilə xaric edilməsi metabolik prosesləri qeyri-sabitləşdirə və bağırsaq mikroflorasının balansını poza bilər. Mütəxəssislər vurğulayırlar ki, sağlamlığı qorumaq üçün şəkərdən tamamilə imtina etməkdənsə, karbohidratların balanslaşdırılmış istehlakına riayət etmək daha vacibdir. (Mənbə: Report)

Əvvəlki Yazı

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.