İyun 15, 2026-15:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibini Azərbaycana dəvət edib

2025:11:28 - 17:21
in Din və fəlsəfə
A A
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa ilə görüşüb.

“Report” xəbər verir ki, görüş baş katibin dəvəti ilə Məkkə şəhərində İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak məqsədilə QMİ sədrinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutub.

A.Paşazadə 2026-cı ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, QMİ və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə Multikulturalizm və İslamofobiya mövzularında nüfuzlu beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu bildirib və İslam Aləmi Liqasının Baş Katibini həmin tədbirə dəvət edib.

Məhəmməd bin Əbdülkərim Əl-İsa dəvətə görə təşəkkürünü bildirərək Azərbaycana səfərdən məmnun olacağını xüsusi qeyd edib.

QMİ sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz başda olmaqla Səudiyyə Ərəbistanı Krallığının, o cümlədən, İslam Aləmi Liqasının daim Azərbaycanı birmənalı olaraq dəstəklədiklərini vurğulayaraq bu dost və qardaş mövqeyinə görə Səudiyyə tərəfinə minnətdarlığını ifadə edib.

Şeyxülislam hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, erməni vandalizminə məruz qalmış mədəni-mənəvi irsimizin dirçəldilməsi üçün dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etdirildiyini, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edildiyini və oradan Azan səslərinin ucaldığını həmsöhbətinə bildirib.

Əvvəlki Yazı

Qulu Məhərrəmli “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub

Növbəti Yazı

Azərbaycan Çinlə kapital bazarında əməkdaşlıq perspektivini müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.