Almaniya hökuməti hesab edir ki, Macarıstan parlament seçkilərində Peter Magyarın rəhbərlik etdiyi müxalifətçi Tisza partiyasının qələbəsi Ukraynaya 90 milyard avroluq təzminat kreditinin “tez bir zamanda ayrılmasına” kömək edəcək. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib.
“Bu o deməkdir ki, Ukraynaya yardımın tez bir zamanda ayrılması üçün ümid var. Almaniya hökuməti bu iş üzərində işləyir və buna görə də Macarıstanda hökumətin qurulmasını səbirsizliklə gözləyir”, – deyə Kornelius bildirib. “Miladdan əvvəl Macarıstanın dəstəklədiyi Avropa Şurasının qətnaməsi qəbul edilib. Güman edirəm ki, yeni Macarıstan hökuməti bu qətnaməyə əməl edəcək. Fəaliyyətə başlaya bilən kimi vəsaitlərin ayrılması prosesi başlaya bilər”, – deyə Almaniya Nazirlər Kabinetinin sözçüsü bildirib.
Macarıstan seçkilərində müxalifətdəki Tisza partiyası qalib gəldi. Onun lideri Peter Magyar Macarıstanın Avropa Birliyi və NATO-dakı tam üzvlüyünü bərpa edəcəyini bəyan etdi.
