İyul 24, 2026-5:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Almaniya ilə ali səviyyəli təmaslar Azərbaycanın Avropadakı nüfuzunu daha da artırır

2026:07:21 - 10:40
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Berlində keçirilən və keçirilməsi planlaşdırılan ali səviyyəli görüşlər Cənubi Qafqazın daxil olduğu yeni geosiyasi reallıqlar fonunda Bakı–Berlin münasibətlərində mühüm keyfiyyət keçidini, habelə Azərbaycanın regional aktordan qlobal miqyasda nəzərə alınan müstəqil və etibarlı subyektə çevrildiyini bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, qlobal böhranlar, tədarük zəncirlərindəki qırılmalar və enerji təhlükəsizliyi çağırışlarının kəskinləşdiyi bir dövrdə Avropanın iqtisadi lokomotivi olan Almaniyanın Azərbaycanla birbaşa və praqmatik dialoqa üstünlük verməsi təsadüfi deyil. Bu səfər növbəti diplomatik təmas olmaqla bərabər, Avropa İttifaqının aparıcı dövlətinin Cənubi Qafqaza və xüsusilə regional lider kimi Azərbaycanın artan imkanlarına baxışındakı dərin transformasiyanın əyani təzahürünə çevrilir. Aydındır ki, ikitərəfli münasibətlərin iqtisadi və strateji ölçüsü səfər çərçivəsində aparılan müzakirələrin əsas oxunu təşkil edir.

“Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşünün məzmunu da bir daha göstərdi ki, tərəflər arasında siyasi dialoqla yanaşı, institusional əsaslara söykənən sənaye, nəqliyyat və kənd təsərrüfatı tərəfdaşlığı formalaşır. Rusiya-Ukrayna münaqişəsindən sonra enerji resurslarının diversifikasiyasına ehtiyac duyan Almaniya üçün Azərbaycan təkcə ənənəvi karbohidrogen tədarükçüsü kimi deyil, eyni zamanda “yaşıl enerji” və bərpaolunan resurslar sahəsində perspektivli tərəfdaşdır. Eyni zamanda “ağıllı kənd təsərrüfatı” texnologiyalarının ölkəmizdə tətbiqi və işğaldan azad edilmiş ərazilərin bərpasına alman investisiyasının cəlb edilməsi imkanları iki ölkə arasındakı iqtisadi dividendləri daha da artırır”, – deyə B.Məhərrəmov bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq və regional təhlükəsizlik müstəvisində isə Berlinin tutduğu mövqe Bakının beynəlxalq hüquqa əsaslanan regional siyasətinin tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Məlumdur ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsinə uyğun olaraq tam bərpa etməsi faktı artıq Avropanın aparıcı gücləri tərəfindən qəbul edilmiş geosiyasi reallıqdır. Almaniya Kansleri Fridrix Merts ilə nəzərdə tutulan danışıqlarda Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas müzakirə mövzularından biri kimi planlaşdırılması məhz Berlinin bəzi digər Qərb dövlətlərindən fərqli olaraq daha balanslı və realist mövqe nümayiş etdirməyə üstünlük verdiyini göstərir. Bu yanaşma regional sülhün məhz beynəlxalq hüquq prinsipləri daxilində və kənar təzyiqlərdən uzaq şəkildə bərqərar olmasına xidmət edir. Strateji baxımdan bu səfərin gətirdiyi ən böyük dividendlərdən biri də Azərbaycanın Avrasiyanın əsas nəqliyyat-logistika habı kimi mövqeyinin möhkəmlənməsidir. Qlobal ticarət marşrutlarının dəyişdiyi bir vaxtda Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirən Orta Dəhliz layihəsində Azərbaycanın mərkəzi rol oynaması Almaniya iş adamları və dövlət strukturları üçün həyati əhəmiyyət daşıyır. Berlin ilə qurulan bu ali səviyyəli təmaslar Almaniyanın Cənubi Qafqazda maraqlarının daha praqmatik və bərabərhüquqlu əsaslarla balanslaşdırılmış formada təmininə şərait yaratmaqla bərabər, Bakının da həm Avropa İttifaqı daxilindəki nüfuzunu artırır, həm də geoiqtisadi çəkisini dəfələrlə gücləndirir”.

Əvvəlki Yazı

Azərbaycanda övladlığa götürülənlərin sayı bilindi: Ən çox hansı yaş qrupuna üstünlük verilir?

Növbəti Yazı

Fars: ABŞ İrana hücumları dayandırana qədər Hörmüz boğazı bağlı qalacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.