Almaniyanın xarici işlər naziri Yohan Vadeful Hörmüz boğazında mümkün NATO missiyası barədə ehtiyatla danışıb. O, bu fikirlərini İsveçin Helsinqborq şəhərində keçirilən NATO xarici işlər nazirlərinin görüşündə bildirib.
Vadefulun sözlərinə görə, Almaniya həmişə Hörmüz boğazından sərbəst keçidi təmin etməyə hazır olduğunu bildirib və Böyük Britaniya və Fransanın rəhbərliyi altında bu cür əməliyyatlara hazırlaşır. “Lakin mən Hörmüz boğazında klassik mənada birbaşa NATO missiyası görmürəm”, – deyə Almaniya xarici işlər naziri vurğulayıb. “Buna baxmayaraq, bir şey aydındır: biz transatlantik ittifaqa sadiqik. Və ABŞ həmişə bizə etibar edə biləcəyinə əmin ola bilər”, – deyə o bildirib. (Tass
