Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi hücum təhlükəsi səbəbindən almanları İranı tərk etməyə çağırıb.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə bildirib ki, “Məhdud olsa da, İranın qonşu ölkələrinə kommersiya uçuşları və hava səyahətləri açıq qalır və quru yolu ilə səyahət də mümkündür”. O, vəziyyətin pisləşəcəyi təqdirdə konsulluq yardımının göstərilməsinin faktiki olaraq mümkün olmayacağını vurğulayıb. (Tass)
