Yaşıllar Partiyasının nümayəndəsi, Almaniyanın keçmiş xarici işlər naziri (1998-2005) Yoşka Fişer hesab edir ki, NATO-nun gələcəkdə transatlantik ittifaq kimi yaşaması ehtimalı azdır.
Fişer Der Spiegel jurnalına verdiyi müsahibədə bildirib ki, “Gələcəkdə biz artıq ABŞ-a etibar edə bilmərik. NATO-nun, ən azından transatlantik ittifaq baxımından, yaşayacağına şübhə edirəm. Mən “Avropa NATO-su”nun mövcudluğunun davam etməsini məsləhət görərdim”. O əlavə edib ki, “Avropa NATO-su”nun mövcudluğunun davam etməsini məqsədəuyğun hesab edərdim”.
Almaniya Silahlı Qüvvələrinin Avropa ordusunun bir hissəsinə çevrilə biləcəyi ilə bağlı suala cavab olaraq, keçmiş Almaniya xarici işlər naziri “bunun həyata keçirilməsinin çətin olacağını” qeyd etdi. “Biz ciddi vaxt təzyiqi altındayıq”, – deyə o vurğulayıb. (Tass)
