İyun 28, 2026-22:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Anadilli nəsr tariximizin bərpası: “Siyərün-Nəbi” transfoneliterasiya edilib

2026:02:17 - 13:48
in SOSİAL
A A

XIV əsr Azərbaycan ədəbi dilinin ən möhtəşəm abidələrindən biri olan Mustafa Zəririn “Siyərün-Nəbi” əsəri uzunmüddətli tədqiqatlardan sonra yeni nəşri ilə oxucuların və elmi ictimaiyyətin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Vahidə Cəfərzadə tərəfindən transfoneliterasiya edilərək çapa hazırlanan bu əsər anadilli nəsr tariximizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edir. Müəllifin Süleymaniyyə kitabxanasında saxlanılan nadir əlyazma nüsxəsi əsasında hazırlanan bu nəşr XIV əsr Azərbaycan dilinin zəngin leksik və fonetik xüsusiyyətlərini ilk mənbədən öyrənməyə imkan yaradır.

İslam peyğəmbərinin həyatından bəhs edən bu fundamental əsər sadə və təbii dili, eləcə də yüksək bədii üslubu ilə seçilir. Vahidə Cəfərzadənin gərgin əməyi sayəsində əsərdəki qədim türk mənşəli sözlər, arxaik frazeoloji vahidlər və “sağır nun” kimi klassik imla xüsusiyyətləri orijinal forması saxlanılmaqla müasir əlifbaya köçürülüb. Bu nəşr təkcə dini-tarixi bir qaynaq deyil, həm də XIV əsr Şərqi Anadolu və Azərbaycan ədəbi mühitinin dil mənzərəsini ortaya qoyan, Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi istiqamətində apardığı ən mühüm elmi nailiyyətlərdən biridir.

Əvvəlki Yazı

Professor: Rəqəmsal bacarıqlar ibtidai sinif müəllimlərinin peşə kompetensiyasının əsas tərkib hissəsidir

Növbəti Yazı

Azərbaycan və Mərakeş arasında təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.