Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyadaəleyhinə 71, tankəleyhinə 20 mina və 440 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunan müddətdə 2 min 129 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
