May 1, 2026-12:10
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Anar Əliyev: 2018-ci ildən peşə hazırlığına 36 min qadın cəlb edilib

“Son statistik məlumatlara əsasən məşğul əhalinin 48%-ni, muzdla işləyənlərin isə 41%-i qadınlar təşkil edir”.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.

O bildirib ki, qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib.

“Ümumilikdə özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31%-ni (35 min) qadınlar təşkil edir. Son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən yarıdan çoxunu (115 nəfər) məhz qadınlar təşkil edib”, – o vurğulayıb.

Nazir əlavə edib ki, insan kapitalının inkişafına, rəqabət qabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır:

“2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61%-ni (36 min nəfər) qadınlar təşkil edib”.