16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Anar Əliyev: 2026-cı ildə 450 minə yaxın şəxs məşğulluğa cəlb olunacaq

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması proqnozlaşdırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, bu il 15 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunması, habelə peşə hazırlığı və peşəyönümü xidmətlərinin davam etdirilməsi planlaşdırılır.

“2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün prioritet hesab olunacaq”, – deyə nazir qeyd edib.