Associated Press (AP) Britaniyanın dəniz təhlükəsizliyi şirkəti olan Ambrey-in məlumatlarına istinadən bildirib ki, Qırmızı dənizdəki Bab əl-Məndəb boğazından dəniz nəqliyyatı ötən ayın eyni dövrü ilə müqayisədə 21 iyuldan bəri 30% azalıb. Bu barədə məlumatı Associated Press (AP) Britaniyanın dəniz təhlükəsizliyi şirkəti olan Ambrey-in məlumatlarına istinadən yayıb.
Şirkət qeyd edir ki, bu müddət ərzində Husilərin yaratdığı risklər səbəbindən boğazdan əvvəl ticarət gəmilərinin geri dönməsi ilə bağlı ən azı 10 hadisə qeydə alınıb.
İyulun 20-də Ənsar Allah hərəkatının hərbi sözçüsü Yəhya Səria Səudiyyə Ərəbistanına qarşı dəniz nəqliyyatına qadağa qoyulduğunu elan etdi. Buna cavab olaraq Ər-Riyad Bab əl-Məndəb boğazında ticarət gəmilərini qorumaq üçün tədbirlər görməyə başladığını açıqladı. Daha sonra üsyançılar krallığın blokadasını pozduqlarına görə qisas olaraq Səudiyyə Ərəbistanının iki neft tankerinə raket və pilotsuz təyyarələrlə hücumlar elan etdilər. (Tass)
