Avqust 18, 2026-6:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığı genişləndirirlər

2026:01:19 - 14:22
in İQTİSADİYYAT
A A

Dövlət-özəl əməkdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (AİM) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Müzakirələrdə qeyd olunub ki, hər iki qurumun səmərəli əməkdaşlığı çərçivəsində regionlarda keçirilən Aqrar Biznes festivallarına sahibkarların aktiv cəlb edilməsi təmin olunur. Festivallar kənd təsərrüfatı məhsullarının tanıdılması, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də sahibkarlarla maliyyə qurumları arasında birbaşa əlaqələrin qurulması baxımından mühüm platforma rolunu oynayır.

Tərəflər aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə maarifləndirici tədbirlərin, praktiki görüşlərin və müzakirə formatlarının əhəmiyyətini xüsusi qeyd ediblər. Bildirilib ki, festivallar çərçivəsində keçirilən panel müzakirələr, kredit yarmarkaları kimi tədbirlər sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlılığının artırılmasına mühüm töhfə verir.

Müzakirələrdə cari ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələrində tərəfdaş qismində iştirak barədə razılıq əldə olunub. Bu panel müzakirələrinin region sahibkarları üçün bilik və təcrübə mübadiləsi baxımından effektiv platforma olacağı vurğulanıb.

Müzakirə zaman,ı həmçinin qeyd olunub ki, ASK bank və maliyyə sektorunun kredit yarmarkalarına cəlb edilməsi və bu prosesin təşviqi istiqamətində dəstək göstərəcək. Tərəflər gələcək dövrdə birgə təşəbbüslərin genişləndirilməsi, festivallara və digər maarifləndirici tədbirlərə daha çox sahibkarın cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi barədə razılıq əldə ediblər.

Qeyd edək ki, son illər ərzində bölgələrdə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib. Bunlardan 32-si 2025-ci ildə baş tutub. Ötən il keçirilən festivallarda, ümumilikdə, 421 min 907 nəfər iştirak edib, bunların 38 min 492 nəfəri fermer, 383 min 415 nəfəri isə ziyarətçi olub.

Festivallar çərçivəsində təkcə 2025-ci ildə bölgələrdə rayon icra hakimiyyətləri ilə birgə 19 Məhsul festivalı təşkil olunub.

Aqrar Biznes Festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları təşkil edilib.

Əvvəlki Yazı

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası olacaq

Növbəti Yazı

20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.