Avqust 12, 2026-16:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AQTA: İdman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır” kimi ifadələrlə reklamı yolverilməzdir

2026:08:12 - 11:15
in SOSİAL
A A

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır”, “yağları əridir”, “bədən çəkisini azaltmağa kömək edir” və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir.

Nəzərə alınmalıdır ki, idman qidalarının tərkibində olan və arıqlama və ya piy yandırma effektləri ilə əlaqələndirilən komponentlərin bu cür təsir göstərdiyinə dair müvafiq beynəlxalq qiymətləndirmə qurumları tərəfindən tanınmış hər hansı sağlamlıq bəyanı mövcud deyil. Bu səbəbdən həmin məhsulların bu cür iddialarla təqdim edilməsi istehlakçılarda məhsulun real təsiri barədə əsassız və yanlış təsəvvür formalaşdırır.

AQTA sahibkarlıq subyektlərinə xəbərdarlıq edərək bildirib ki, məhsulların satışını artırmaq məqsədilə hüquqi və elmi əsası olmayan xüsusiyyətlərin məhsula aid edilərək sosial media platformalarında yayılması yolverilməzdir: “Sahibkarlar məhsulların reklamı və təqdimatı zamanı yalnız qanunvericiliyin tələblərinə uyğun, düzgün, əsaslandırılmış və istehlakçını yanıltmayan məlumatlardan istifadə etməlidirlər. İnfluenserlərə və digər ictimai nüfuz sahiblərinə müraciət edərək onları geniş auditoriyaya təqdim etdikləri məhsullar barədə məlumatların doğruluğuna əmin olmağa çağırırıq. Xüsusilə, sağlamlıq və bədən çəkisi ilə bağlı konkret nəticələr vəd edən əsassız iddiaların yayılmasından çəkinmək vacibdir. İctimai etimaddan istifadə etməklə bu cür reklam iddialarının paylaşılması istehlakçıların yanlış yönləndirilməsinə səbəb ola bilər. İstehlakçıların diqqətinə çatdırırıq ki, sosial media reklamlarında səsləndirilən hər iddia məhsulun real təsirini göstərmir. İstehlakçılar ictimai nəzarəti gücləndirməli, yalnız rəsmi və etibarlı mənbələrə əsaslanmalıdırlar. AQTA qida məhsullarının reklamı və təqdimatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti davam etdirəcək və istehlakçıların yanlış yönləndirilməsinə səbəb olan halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək”,- deyə məlumatda vurğulanıb.

Əvvəlki Yazı

Politico: ABŞ müttəfiqləri Vaşinqtonun Qəzzada sülhə nail olmaq qabiliyyətinə şübhə ilə yanaşmağa başlayıblar.

Növbəti Yazı

İran Xəzəryanı ölkələri daha çox təhlükəsizlik məsləhətləşmələri keçirməyə çağırdı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.