İyul 22, 2026-3:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AQTA rəsmisi: Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb

2026:07:17 - 10:47
in SOSİAL
A A
Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, nəzarət tədbirləri zamanı bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb:

“Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır. Belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda da satıldığı hallara rast gəlinir. Eyni zamanda bioloji aktiv qida məhsullarının da qanunsuz satışının həyata keçirildiyi hallar aşkar edilir. Daha narahatedici məqamlardan biri isə xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasıdır”.

AQTA rəsmisi təəssüflə qeyd edib ki, müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib:

“Sibutramin ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilmiş aktiv maddədir. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarının tərkibində bəyan edilməyən sildenafil maddəsi də aşkarlanıb. Bu səbəbdən Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə onlardan qətiyyən istifadə etməməyi tövsiyə edir”.

Əvvəlki Yazı

Azərbaycanda qadın vəkillərin sayı açıqlandı

Növbəti Yazı

Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.