İyun 29, 2026-22:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Arxeoloqlar Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünü qeyd ediblər

2025:05:08 - 15:59
in SOSİAL
A A

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra institutun direktoru dosent Fərhad Quliyev Ümummilli Liderin Azərbaycan dövlətinin formalaşmasında, qorunmasında və inkişafında misilsiz rolundan danışıb.

İslam dövrü arxeologiyası şöbəsinin müdiri professor Qafar Cəbiyev çıxışında Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycan tarixinə və arxeologiyasına göstərdiyi diqqət və qayğıdan söz açıb. O, vaxtilə Qəbələdə sovet ordusunun RLS-nin tikintisi zamanı qədim şəhər yerinin təhlükə ilə üzləşməsini və qədim abidənin xilası naminə Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqeyi yada salıb.

Xəzər arxeologiyası şöbəsinin müdiri professor Abbas Seyidov Ümummilli Lider Heydər Əliyevin həyatı barədə məlumat verib. Professor vurğulayıb ki, Heydər Əliyevin yaxın qohumları sırasında 1918-ci ildə erməni millətçilərinin törətdiyi qırğınların şahidləri və şəhidləri də var idi.

İnstitutun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev çıxışında bildirib ki, 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsinin qarşısını Heydər Əliyevin müdrik siyasəti aldı. Məhz həmin dövrdən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda uzun bir yola başlanıldı.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi və mədəni inkişafı, idarəçilikdə aparılan modern islahatlar bu uğurları nümayiş etdirməkdədir. Bu uğurlar içində isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun torpaqlarımızı azad edərək yağı düşmən üzərində qazandığı möhtəşəm Qələbə xüsusi yeri tutur.

Əvvəlki Yazı

Professor: Ulu Öndər Azərbaycan milli mətbuatını həmişə diqqət mərkəzində saxlayırdı

Növbəti Yazı

Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu – elmi konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.