Avqust 6, 2026-14:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

ASCO-nun “Şirvan” kran gəmisi əsaslı təmir edilib

2026:01:12 - 10:58
in İQTİSADİYYAT
A A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şirvan” kran gəmisi əsaslı təmir edilib.

Bu barədə “Report”a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan proses çərçivəsində gəminin şpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar, kompressorlar, köməkçi mühərriklərin generatorları, elektrik mühərrikləri və boru sistemləri təmir olunub. Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində zəruri yoxlama və təmir işləri yerinə yetirilib.

Heyətin yaşayış otaqlarında, sanitar qovşaqlarda və yeməkxanalarda lazımi təmir işləri aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib.

100 tonluq kran qolu və bütün istiqamətləndirici dairələri demontaj olunub, əsaslı təmir edildikdən sonra yerinə quraşdırılıb, kranın bütün burazları dəyişdirilib.

Baş və köməkçi mühərriklərin təmirini Xəzər Dəniz Neft Donanmasının tərkibində fəaliyyət göstərən üzən emalatxanın işçiləri yerinə yetiriblər.

Sualtı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb, pər-sükan qurğuları, dib-yan armaturlarının, protektor qurğularının təmiri aparılıb, sualtı və suüstü hissələrdə zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu təkərlər yenilənib.

İşlər başa çatdıqdan sonra gəminin kran qurğusu uğurla sınaqdan keçirilib. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumat üçün bildiririk ki, “Şirvan” kran gəmisinin uzunluğu 98,5, eni 17 metrdir. Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlə təchiz olunub.

Əvvəlki Yazı

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Növbəti Yazı

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.