İyul 6, 2026-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

ASCO üçün 8 min tonluq üç tanker inşa edilir

2025:09:22 - 11:48
in İQTİSADİYYAT
A A
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) üç yeni tankerin inşası qrafikə uyğun davam edir.

“Report” ASCO-ya istinadən xəbər verir ki, hazırda həmin tankerlərdən birinin sifarişi üzrə işlərin 27 %-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin təxminən 22 %-i geridə qalıb.

8 min ton dedveytə malik olacaq yeni tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa edilir.

Gəmilərin xüsusi konstruksiyası onların dayaz sulu limanlara tam yüklə yanaşmasına imkan verəcək. Bu da tankerlərin istismar çevikliyini artıracaq və kommersiya baxımından əhəmiyyətli üstünlüklər təmin edəcək.

Qeyd edək ki, indiyədək ASCO-nun sifarişi əsasında BGZ-də dörd ədəd milli tanker inşa edilərək təhvil verilib. Onlardan “Laçın” və “Kəlbəcər” neft və neft məhsulları, “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən üç ədəd tanker də “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” tankerləri ilə eyni layihədəndir.

Əvvəlki Yazı

“Azərbaycanfilm” “Kinostudiya sakinləri” adlı film çəkir

Növbəti Yazı

Azərbaycan və Ermənistan arasında daha bir ilk yaşandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.