May 18, 2025-14:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Astarada yaşıl çay yarpağı istehsalı 6,3 faiz artıb

2023:10:24 - 16:58
in İQTİSADİYYAT
A A

Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biri çayçılıqdır. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda Astarada 231,5 hektar çay sahəsi var. Cari ildə bu sahələrdən indiyə qədər 584,5 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 34,6 ton və ya 6,3 faiz çox məhsul yığılıb. Məhsuldarlıq isə 1,4 sentner artaraq 25,2 sentner təşkil edib.

Rayonda çayçılıqla 3 kənd təsərrüfatı məşğuldur. Bu ilin doqquz ayında həmin müəssisələr tərəfindən 110,2 ton yaşıl çay yarpağı istehsal edilərək təhvil verilib. Məhsuldarlıq isə 76,5 sentner olub.

Əhali təsərrüfatları tərəfindən 414,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox məhsul yığılıb.

Hazırda rayonun çayçılıq təsərrüfatlarında məhsul yığımı kampaniyası davam edir.

Qeyd edək ki, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi artırılıb.

Əvvəlki Yazı

Azərbaycanlı alimlər yenidən Stenford Universitetinin ən nüfuzlu elm adamlarının siyahısına düşüb

Növbəti Yazı

Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.