Bunu etməməyim üçün mənə cəmiyyətin verəcəyi reaksiyaları izah edən insanlar olmuşdu.
Amma mən öz bildiyim doğruları müdafiə etmək qərarına gəldim. Hə, günəşi başqa cür başa düşən müəyyən kütlənin təzyiqinə məruz qaldım, amma bu mənim yox, onların problemidir.
Onlar bu günə qədər onların xeyri üçün danışdım məsələlərlə məni “vurmağa” çalışırlar.
Onlara gərək əlifba dərsindən başlayım istənilən izahı.
Mən bir “kabinet psixoloqu”, ya da “əzbərə” danışan biri deyiləm. Elə bu dəqiqə, açın 100 azərbaycanlı psixoloqun səhifəsini, nə demək istədiyimi anlayacaqsınız. Öz fikri, öz təhlili, öz mövqeyi, cəsarəti olmayan insanlarla məni bir tuta bilməzsiniz.
İnsanlara xeyirli olacaq istənilən misal, məsələ, izah mənim üçün qəbul ediləndir.
Bu yaxınlarda Azər Axşam dilə gəldi uşaqların kimdə qalması ilə bağlı. Onun nə demək istədiyini mən və bəzi kişilər çox gözəl başa düşdü.
O da illərlə susurdu. Mən də 5 il susdum. Səhv də burda idi.
Mövzu konkret ailə, konkret qadın deyildi. Mövzu, Azərbaycanda formalaşan təhlükəli tendensiyalar idi.
Mən dilə gələndə mesaj bölməsinə 3 min (!) kişi başına gələn oyunlardan yazdı. Uşağını görə bilməyən, şərlənən, başına it oyunu açılan, mentalitetə görə, “yaxşı kişidən arvad getməz”, “kişi danışmaz”, “kişisən əəə” yükləmələrinə görə susmaq məcburiyyətində qalan kişilərimiz dilə gəldi.
Hər hekayə digərindən faciəvi idi.
Boşanma tendensiyasının arxasında kişilərin payına düşən məsələləri dəfələrlə dilə gətirmişəm.
Amma qadınlar haqqında danışan kimi, elə bil Allaha qarşı danışırsan kimi reaksiya verilir.
Əzizlərim!
Zülmü təkcə kişilər etmir! Anormal hərəkətləri təkcə kişilər etmir! Ailəni təkcə kişilər dağıtmır!
Bərabər dünyadan danışırıqsa, bərabər danışmalıyıq…
Mən isə, həm psixoloq, həm də psixologiya müəllimi olaraq, istənilən hadisə haqqında (konsultasiyalar çıxmaq şərtilə), istənilən məsələ haqqında misallar çəkə bilərəm.
Həmçinin birbaşa öz başıma gələn hadisələr haqqında.