May 10, 2026-12:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ATƏT-in Minsk qrupu tarixdə uğursuz vasitəçilik nümunəsi kimi qalacaq – RƏY

2025:08:21 - 16:43
in SİYASƏT
A A

30 ildən çox fəaliyyətdə olmuş ATƏT-in Minsk qrupu tarixdə uğursuz vasitəçilik nümunəsi kimi qalacaq.

Bu fikirləri “Report”a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Minsk qrupu 30 illik işğal dövründə “həmsədrləri səfər xatirinə səfər edən, bəyanat xatirinə bəyanat verən”, təqaüdçü diplomatlardan formalaşdırılan fəaliyyətsiz qurum olub:

“1992-ci ilin martında münaqişənin həllinə vasitəçilik etmək məqsədilə yaradılan Minsk qrupu ötən dövrlərdə keçmiş təmas xəttində baş verən insidentlər zamanı verdiyi bəyanatlarda işğalçını öz adı ilə çağırmır, konkret olaraq tərəfkeşlik nümayiş etdirirdi. İllər keçdikcə qrupun fəaliyyətinin, daha doğrusu fəaliyyətsizliyinin “nəticələri” daha aydın göründü. Torpaqlarımızın işğaldan azad olunması ilə regionda yeni reallıqlar formalaşıb və bu düzəndə Minsk qrupunun yeri yoxdur”.

Ülviyyə Zülfüqar

Ü.Zülfiqar qeyd edib ki, xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi ədaləti öz gücü sayəsində bərpa etməsi ATƏT-in Minsk qrupunun tamamilə mənasız bir təşkilat olduğunu bir daha təsdiqləyib:

“Bu gün Azərbaycan beynəlxalq hüquqa və özünün yaratdığı gerçəkliyə əsaslanaraq mövqeyini gücləndirib. Ölkənin ərazi bütövlüyü tam bərpa olunub, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı başlayıb, sülh sazişi paraflanıb. Azərbaycan diplomatiya müstəvisində uğurlarını davam etdirməkdədir. Dövlət başçısının Kəlbəcər sakinləri ilə görüşündə qeyd etdiyi kimi, mənfur Minski qrupu artıq son günlərini yaşayır. 30 ildən çox fəaliyyətdə olmuş bu qurum tarixdə uğursuz vasitəçilik nümunəsi kimi qalacaq”.

Əvvəlki Yazı

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib

Növbəti Yazı

“Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.