İyul 5, 2026-21:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

2026:07:05 - 16:00
in MANŞET
A A

ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü illik sessiyası öz işini davam etdirir.

“Report” xəbər verir ki, beynəlxalq hüququn aliliyi, sülh və əməkdaşlıq ilə bağlı məsələlərin müzakirə olunduğu sessiyada Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov çıxış edib.

O, çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmasının əsas səbəbləri sırasında ikili standartları və selektiv yanaşmanı vurğulaıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri dövlətlərin suverenliyi və suveren bərabərliyi prinsiplərinin ali dəyərlər kimi daim qorunmalı və onlara hörmət edilməli olduğunu qeyd edib.

Q. Məmmədov informasiya texnologiyalarından istifadənin genişləndiyi, o cümlədən süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq hüququn rəqəmsal məkanda tətbiqinin və bu müstəvidə dövlətlərin rəqəmsal suverenliyinin qorunmasının zəruriliyini diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə yeni texnologiyalardan istifadə sahəsində təhlükəsizlik, inkişaf və insan hüquqları arasında optimal nisbəti qoruyan mütərəqqi siyasət və fəaliyyətlərdən bəhs edib.

Nümayəndə heyətinin rəhbəri ATƏT məkanında qabaqcıl təcrübə kimi Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında rəqəmsal sahədə müfəssəl konsepsiyanı və qurumlararası yanaşmanı özündə ehtiva edən Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti haqqında məlumat verib və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Əvvəlki Yazı

Sabah Bakıda 34 dərəcə isti olacaq

Növbəti Yazı

NATO Zirvəsindən əvvəl partlayıcı iddia! Makron Türkiyə ilə bağlı təlimatlar verdi.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.