İyul 8, 2026-16:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ATƏT sədri Azərbaycan liderinə Minsk prosesi üzrə strukturların dekabrın 1-dək ləğv ediləcəyini bildirib

2025:10:15 - 16:38
in SİYASƏT
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlət başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlanıb.

Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd edib.

Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaradıb.

Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxunub, onun bütün bölgə üçün faydalı olacağını deyib.

Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir

Növbəti Yazı

Anar Bağırov: Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində addımlar atılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.