Avropa İttifaqı Krasnoyarsk Maşınqayırma Zavodunun (Krasmash) baş direktoru Aleksandr Dyukarevi sanksiya siyahısına əlavə edib. Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Şura həmçinin siyahıya RS-28 Sarmat raket sistemi də daxil olmaqla ballistik raketlərin istehsalı ilə məşğul olan “Krasnoyarsk Maşınqayırma Zavodu” ASC-nin baş direktoru Aleksandr Yuryeviç Dyukarevi də daxil edib”, – deyə açıqlamada bildirilir.
Avropa İttifaqı həmçinin Serpuxov Metallist Zavodunun baş direktoru Ramil Badqutdinovu da sanksiya siyahısına əlavə edib. Bəyanatda şirkətin Rusiyanın İskəndər-M ballistik raket sistemində istifadə olunan sistemlər də daxil olmaqla, dəqiq elektromexaniki komponentlərin istehsalında iştirak etdiyi iddia edilir.
