Avropa İttifaqı Şurası 18-19 iyun tarixlərində keçirilən Aİ sammitinin qərarını icra edərək Rusiya əleyhinə iqtisadi sanksiyaları rəsmi olaraq bir il müddətinə uzadıb.
Təşkilatın açıqlamasında deyilir: “Aİ sammiti Rusiyaya qarşı iqtisadi sektoral sanksiyaları bir il müddətinə uzadıb”.
18-19 iyun tarixlərində Brüsseldə keçirilən zirvə görüşündə Aİ liderləri Rusiyaya qarşı əsas iqtisadi sanksiyaların 2014-cü ildən bəri olduğu kimi hər altı aydan bir deyil, ildə bir dəfə uzadılmasına keçmək qərarına gəliblər.
