Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunner Seutadakı miqrant böhranını Avropa üçün bir sınaq adlandırdı.
Brunner Bild qəzetinə verdiyi açıqlamada bildirib ki, “Bu, həqiqətən də Avropa üçün bir sınaq idi”.
Avropa Komissarı qeyd edib ki, vəziyyətlə bağlı məlumat ortaya çıxan kimi dərhal həmkarları – Aİ ölkələrinin daxili işlər nazirləri ilə əlaqə saxlamağa çalışıb. “Cümə axşamı günortadan sonradan fasiləsiz işləyirəm – dərhal Avropadakı həmkarlarımla – daxili işlər nazirləri ilə əlaqə saxlamağa çalışıram. Təbii ki, İspaniyanın daxili işlər naziri və Avropa Komissiyası prezidenti Ursula fon der Leyen ilə ya onlayn, ya da telefonla daim əlaqələndirmə işləri aparmışam”, – deyə Brunner yekunlaşdırıb. (Tass)
