Avropa Komissiyası, Aİ-də elektrik enerjisi istehsalı və qaz alışı ilə bağlı çətinliklərə baxmayaraq, Rusiya enerji və enerji məhsullarının Aİ bazarından tamamilə qadağan edilməsini tələb etməyə davam edəcək. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen bildirib.
“Avropa Komissiyasının məqsədi bütün Rusiya enerjisini Avropa bazarından qadağan etməkdir və Aİ bu məqsədə çatmaq niyyətindədir”, – deyə o vurğuladı. İtkonen Avropa Komissiyasının Rusiya neftinin Avropaya tədarükünə tam və daimi ticarət qadağası üzərində işləməyə davam etdiyini təsdiqlədi. O xatırlatdı ki, Rusiya neftinin alışı artıq Aİ sanksiyaları çərçivəsində qadağandır, yalnız Macarıstan və Slovakiya “hazırda istisnalardır”, lakin Avropa Komissiyası onların digər mənbələrə keçməsini təmin etmək üçün “onlarla birlikdə işləyir”.
İsti dalğaları səbəbindən rekord həddə çatan çay suyunun səviyyəsi səbəbindən Macarıstanda Paks Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırması ilə bağlı şərh verən İtkonen qeyd edib ki, Avropa Komissiyası hazırda Aİ-nin elektrik təchizatı üçün heç bir təhlükə görmür. (Tass)
