Avropa Komissiyası (AK) Europa.eu portalına edilən kiberhücum nəticəsində Aİ qurumları ilə bağlı məlumatların sızmasını etiraf edib. Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
“Europa.eu resursuna kiberhücum həyata keçirilib və nəticədə Avropa təşkilatlarının məlumat sızması baş verib”, – deyə açıqlamada bildirilir.
Avropa Komissiyası kiberhücumun aşkar edildikdən sonra bloklandığını və təsirlənən bütün qurumlara məlumat verildiyini bildirdi. Avropa Komissiyası məlumatlarına təsir göstərilmədiyini iddia edir.
