İyun 2, 2026-20:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın dəyişməyən strateji rolu

2026:06:02 - 17:16
in SİYASƏT
A A

Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkənin enerji siyasətinin keçdiyi inkişaf yolunu, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək strateji prioritetlərini geniş şəkildə təqdim etdi. Dövlət başçısının çıxışı təkcə enerji sektorunun nəticələrinin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın iqtisadi, siyasi və geostrateji inkişaf modelinin əsas istiqamətlərinin nümayişi kimi diqqət çəkdi. Prezident vurğuladı ki, müasir Azərbaycanın enerji inkişafının təməli 1994-cü ildə “Əsrin müqaviləsi” ilə, daha sonra isə 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə imzalanmış tarixi sazişlə qoyulub. Bu müqavilələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etməklə yanaşı, ölkənin iqtisadi müstəqilliyinin və davamlı inkişafının əsas dayaqlarına çevrildi. Dövlət başçısının qeyd etdiyi kimi, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi böhran, siyasi qeyri-sabitlik, işğal faktı və sosial problemlərlə üz-üzə idi. Belə bir şəraitdə təbii sərvətlərdən səmərəli istifadə strategiyası ölkənin inkişafının yeganə real çıxış yolu idi. Bu gün əldə olunan nəticələr həmin strateji qərarların nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol oldu: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələr artıq yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan strateji infrastruktur kimi qiymətləndirilir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Son bir il ərzində ixrac coğrafiyasının daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib. Qlobal geosiyasi gərginliklərin və Yaxın Şərqdə baş verən hadisələrin fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Belə şəraitdə Azərbaycan həm istehsalçı, həm tranzit ölkə, həm də etibarlı tərəfdaş kimi beynəlxalq enerji bazarında mühüm rol oynamaqda davam edir. Prezidentin çıxışında əsas tezislərdən biri də neft və qaz gəlirlərinin düzgün idarə olunması ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, ölkələr sahib olduqları enerji ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə istifadə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan enerji gəlirlərini sosial infrastrukturun qurulmasına, təhsil və səhiyyənin inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə və güclü ordunun formalaşdırılmasına yönəldib. Bu siyasətin nəticəsi olaraq yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib, işsizlik minimum həddə düşüb, xarici borc ÜDM-in cəmi 6 faizi səviyyəsinə qədər azalıb. Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici borcu 18 dəfədən çox üstələməsi ölkənin maliyyə dayanıqlığının və iqtisadi müstəqilliyinin mühüm göstəricisidir. Dövlət başçısı çıxışında enerji sektorunun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində oynadığı rola da toxundu. Azərbaycanın iqtisadi imkanlarının artması nəticəsində müasir və güclü ordu qurulub, bu da 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsas amillərindən biri olub. 44 günlük Vətən müharibəsində Ermənistanın məğlub edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkənin iqtisadi potensialı, siyasi iradəsi və milli həmrəyliyinin məntiqi nəticəsi kimi qiymətləndirildi”.

Mehriban Vəliyeva qeyd edib ki, Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın enerji siyasətində yaşıl keçid strategiyasına verdiyi önəm oldu: “Dövlət başçısı vurğuladı ki, mövcud qaz ehtiyatları ölkənin enerji tələbatını uzun illər ərzində tam təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji sahəsinə ciddi investisiyalar yatırır. Hazırda ölkədə günəş və külək enerjisi üzrə iri layihələr həyata keçirilir. 2027-ci ilin sonuna qədər 2 giqavat, 2032-ci ilədək isə 8 giqavat gücündə bərpaolunan enerji potensialının yaradılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hidroenerji layihələri də bu istiqamətdə mühüm rol oynayır. Bu siyasət Azərbaycanın həm enerji ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini möhkəmləndirir. Çıxışda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinin strateji əhəmiyyəti də vurğulandı. Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Xəzərin şərq sahillərini Azərbaycanla birləşdirəcək yaşıl enerji kabeli Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır. Prezident, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərdiyini və Zəngəzur dəhlizinin də regionun iqtisadi xəritəsini dəyişdirəcək mühüm layihələrdən biri olacağını bildirdi”.

“Dövlət başçısının Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, dövlət quruculuğu, milli təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və regional liderlik aləti kimi formalaşdırıb. Ötən otuz il ərzində həyata keçirilən strateji enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırıb, ölkəni Avrasiyanın əsas enerji və nəqliyyat qovşaqlarından birinə çevirib. Bu gün Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji layihələrinin təşəbbüskarı kimi qlobal enerji gündəliyində mühüm yer tutur. Son olaraq onu deyə bilərəm ki, Bakı Enerji Həftəsində səsləndirilən mesajlar göstərir ki, Azərbaycan bundan sonra da enerji təhlükəsizliyi, regional əməkdaşlıq və davamlı inkişaf sahələrində öz lider mövqeyini gücləndirmək niyyətindədir. Bu isə ölkənin milli maraqlara əsaslanan müstəqil siyasətinin və uzunmüddətli strateji baxışının növbəti uğurlu mərhələsi kimi qiymətləndirilə bilər”, – deyə deputat əlavə edib.

Əvvəlki Yazı

Azərbaycanın artan beynəlxalq rolu: enerji ixracatçısından orta güc dövlətinə doğru

Növbəti Yazı

Fars: İran və ABŞ arasında saziş layihəsi üzrə kommunikasiyalar dayandırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.