Axios xəbər verir ki, ABŞ və Ukrayna nümayəndələri arasında noyabrın 30-da Floridada keçirilən məsləhətləşmələr çətin olub və ilk növbədə ərazi məsələlərinə yönəlib.
Onun Ukrayna rəsmiləri arasında olan mənbələrinə görə, danışıqlar “çətin” və “gərgin”, lakin eyni zamanda, guya məhsuldar keçib. Nəşrin aydınlaşdırdığı kimi, məsləhətləşmələr “sülh müqavilələrinə uyğun olaraq Rusiya ilə faktiki sərhədin harada olacağına diqqət yetirib”.
Portalın qeyd etdiyi kimi, “ABŞ razılıq əldə etmək üçün Ukraynanın ərazisini verməsini istəyir”. Mənbələrin məlumatına görə, görüşün əsas hissəsi “ərazi nəzarəti” ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. (Tass)
