Misir, Qətər və Türkiyə Fələstinin radikal HƏMAS hərəkatını Amerikanın Qəzza zolağında nizamlanma planını qəbul etməyə çağırır, Axios xəbər verir.
Danışıqlardan xəbərdar olan adı açıqlanmayan iki mənbəyə istinadən yazır ki, bazar ertəsi axşam Qətər xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəisi Həsən Rəşad tərəfindən ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza sülh təkliflərinin detalları Dohada Həmas liderlərinə çatdırılıb. Məqalədə qeyd olunur ki, hər ikisi HƏMAS-ı Amerika planını qəbul etməyə çağırıb. O əlavə edir ki, Həmas rəhbərliyinin nümayəndələri ABŞ-dan gələn “təklifləri ciddi şəkildə araşdıracaqlarına” söz veriblər. (Tass)
