İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında atəşkəs elan edilməsi üçün Şarm əl-Şeyxdə keçiriləcək görüşə dəvət edilməsi barədə qərar bu gün İsrailin baş naziri və ABŞ prezidenti Donald Trampın Ben-Qurion hava limanından Knessetə (İsrail parlamenti) limuzinlə səfəri zamanı qəbul edilib. Bu barədə Axios-un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib.
Bir gün əvvəl İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan jurnalistlərə bildirib ki, sammitdə heç bir İsrail rəsmisi iştirak etməyəcək. Bazar ertəsi Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi Netanyahunun, eləcə də Fələstin prezidenti Mahmud Abbasın Şarm əl-Şeyxə gələrək tədbirə qatılacağını təsdiqləyib.
Axios mənbələrinə görə, Tramp avtomobildə Netanyahuya mütləq sammitdə iştirak etməli olduğunu deyib. İsrailin baş naziri razılaşdı, bundan sonra Tramp dərhal Misir prezidentinə zəng edərək Netanyahunu sammitə dəvət etməyi xahiş etdi. Misir lideri daha sonra Netanyahuya zəng edərək onu sammitə qatılmağa dəvət edib.
