Pentaqon katibi Pit Heqset öz işçilərinə Konqres nümayəndələri ilə əlaqə saxlamaq üçün icazə almağı əmr edib. Bu barədə sənədə istinadən Axios məlumat yayıb.
15 oktyabr tarixli sənəddə deyilir: “Müdafiə Departamentinin əməkdaşlarının Konqreslə icazəsiz əlaqə saxlaması, nə qədər yaxşı niyyətli olsa da, Departamentin qanunvericilik məqsədlərinə çatmaq üçün zəruri olan prioritetlərini poza bilər”.
Yeni qaydalara görə, Konqres üzvlərindən gələn bütün sorğular Müdafiə Nazirinin Qanunvericilik Məsələləri üzrə Köməkçisinin Ofisinə yönəldilməlidir. 90 gün ərzində qanunvericilərlə qarşılıqlı əlaqələrin hərtərəfli təhlili aparılacaq və bu proseslərin təkmilləşdirilməsi təklifləri ilə bağlı hesabat təqdim olunacaq. (Tass)
