Axios-un Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp gələn həftə Vladimir Zelenski ilə görüşə bilər.
Portalın məlumatına görə, “Zelenskinin gələn həftə Trampla görüşmək və təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma əldə etmək üçün ABŞ-a səfər etməsi ehtimalı var”. Axios həmçinin görüşün 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) illik iclası çərçivəsində baş tuta biləcəyini bildirir.
