Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ildə İran müharibəsindən ən çox zərər çəkən ölkələrin iqtisadiyyatına 5 milyard avro sərmayə qoyacaq.
Londonda yerləşən AYİB-in açıqlamasında deyilir: “Bankın cavab proqramı ən çox təsirlənən iqtisadiyyatlara – İraq, İordaniya, Livan, Qərb Şəriyə və Qəzza zolağına, eləcə də təsirlənən qonşu ölkələrin birinci qrupuna, o cümlədən Misir, Türkiyə, Ermənistan və Azərbaycana yönələcək”.
“AYİB 2026-cı ildə bu iqtisadiyyatlara 5 milyard avro investisiya qoymağı planlaşdırır”, – deyə kredit təşkilatı bildirib və əlavə edib ki, “investisiya həcmi sürətlə dəyişən vəziyyətə görə tələbatla müəyyən ediləcək”.
