İyul 8, 2026-16:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Azər Maqsudova hökm oxunub

2025:10:27 - 12:26
in HADİSƏ
A A
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokurorun cəza tələbi

Prokuror təqsirləndirlən Azər Maqsudovun 3 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi məhkəmədən təqsirləndirilən şəxsin barışıq üçün addım atmadığını bildirib və ona həbs cəzası verilməsini istəyib.

Azər Maqsudovun vəkili isə müvəkilinə bəraət verilməsini istəyib.

Azər Maqsudovun son sözü

A.Maqsudov son sözlə çıxış edərək bildirib ki, iş üzrə özünü təqsirli bilmir: “Hadisə gecə vaxtı olub. Mən içkili deyildim və sürət həddi qanunauyğun idi. Hadisədən sonra mərhumu öz maşınımla xəstəxanaya apardım. Təəssüf ki, o, rəhmətə getdi. Biz barışıq təklif etdik. Əvvəlcə, təklif qəbul edildi və bizə dedilər ki, barışıq olacaq. Sonra mərhumun yoldaşı Sevda xanım bizə qarşı mülki iddai irəli sürdü. Bu iddia əvvəlcə 400 min, 2 ədəd 2 otaqlı mənzil, daha sonra 250 min manat kimi oldu. Lakin biz 45 min manat təklif etdik. Qarşı tərəf buna razı olmadı.

Hadisə zamanı mərhum mənim görünüş dairəmdə olmayıb. Ona görə də mən əyləcdən istifadə etməmişəm. Himayəmdə 6 övladım var. İkisi yetkinlik yaşına çatmayıb və həmin övladımən biri l qrup əlildir. Bir övladım da veterandır. Məhkəmədən ədalətli qərar gözləyirəm”.

Daha sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Məhkəmənin hökmü

Müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb.

Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatdan keçənədək dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

 

Əvvəlki Yazı

Bu il bölgələrdə üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub

Növbəti Yazı

Bu il ərzində Gəncədə 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.