Avqust 22, 2026-23:36
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan 7 ölkəyə metanol ixrac edib

Ötən il Metanol zavodunda 516,5 min ton metanol məhsulu istehsal edilib.

Teleqraf Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə 502 min ton metanol məhsulu satılıb.

Bunun 476 min tonu (94,8%) ixracın, 26,0 min tonu (5,2%) isə daxili bazarın payına düşüb. Əsas ixrac istiqamətləri Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, İsrail, İspaniya, Niderland olub.