Avqust 18, 2026-3:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan alimi beynəlxalq simpoziumda türk xalqlarının doğumla bağlı ritual ənənələrini müqayisəli təhlil edib

2026:04:09 - 15:22
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq simpoziumda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görkəmli özbək folklorşünası, professor Törə Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş “Türk xalqları folklorunun müqayisəli tədqiqi: lokal xüsusiyyətlər və elmi-nəzəri yanaşmalar” mövzusunda beynəlxalq simpoziumda dosent Məleykə Məmmədova “Azərbaycan və özbək folklor mətnləri kontekstində türk xalq mədəniyyətində doğum ritualı ənənələri” adlı məruzə ilə çıxış edib. Məruzə türk xalqlarının ortaq mədəni yaddaşında doğumla bağlı ritual ənənələrinin müqayisəli təhlilinə həsr olunub.

Bununla yanaşı, dosent Məleykə Məmmədova simpozium çərçivəsində moderator qismində də iştirak edib.

Qeyd edək ki, simpozium Özbəkistan Respublikası Elmlər Akademiyası, Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universiteti, Özbəkistan Yazıçılar Birliyi, Türk Kültürü Araşdırmaları İnstitutu, Ege Universiteti, AMEA Folklor İnstitutu, Ankara Hacı Bayram Vəli Universiteti, Cənubi Koreyanın Dongduk Universitetinin Avrasiya Araşdırmaları İnstitutu, Türk Arxeoloji Mədəni İrs İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən birgə təşkil olunub.

Simpozium Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm elmi platforma kimi əhəmiyyət kəsb edib.

Əvvəlki Yazı

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Növbəti Yazı

ADAU və Qazaxıstanın Satbayev Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.