İyun 5, 2026-21:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Avrasiyanın əsas enerji mərkəzlərindən birinə çevrilib

2026:06:05 - 18:00
in İQTİSADİYYAT
A A

Azərbaycanın enerji arxitekturası yalnız neft və qaz yataqlarının istismarı ilə məhdudlaşmır. Son otuz ildə həyata keçirilən ardıcıl enerji strategiyası nəticəsində ölkəmiz Avrasiyanın əsas enerji mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan təkcə enerji resurslarının istehsalçısı və ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasına, yeni enerji marşrutlarının formalaşdırılmasına və regional əməkdaşlığın genişlənməsinə töhfə verən mühüm aktordur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətinin inkişafına nəzər saldıqda onun bir neçə mərhələdən keçdiyi aydın görünür. Əgər 1990-cı illərdə əsas məqsəd ölkənin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq idisə, sonrakı dövrdə diqqət enerji ixrac marşrutlarının şaxələndirilməsinə yönəldi. Hazırda isə prioritetlər sırasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, bərpaolunan enerji potensialının inkişafı və yeni enerji dəhlizlərinin yaradılması dayanır.

“Bu gün Azərbaycanın enerji arxitekturası dörd əsas istiqamət üzərində formalaşıb. Birinci istiqamət neft infrastrukturudur. Məhz bu sahədə əldə edilən uğurlar Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasının əsasını qoyub. “Əsrin müqaviləsi” ilə başlayan yeni enerji strategiyası Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi ilə yeni mərhələyə qədəm qoydu. Nəticədə Azərbaycan Xəzər hövzəsini dünya bazarları ilə birləşdirən mühüm enerji körpüsünə çevrildi və qlobal enerji xəritəsində öz mövqeyini möhkəmləndirdi.

İkinci istiqamət təbii qaz strategiyasıdır. Bu sahədə ən mühüm nailiyyət Cənub Qaz Dəhlizinin yaradılması oldu. Milyardlarla dollar investisiya hesabına reallaşdırılan bu layihə Xəzər qazını birbaşa Avropa bazarlarına çıxardı. Hazırda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və enerji mənbələrinin şaxələndirilməsi siyasətinə ciddi töhfə verir.

Növbəti istiqamət yaşıl enerji keçidi sayıla bilər. Belə ki, Qlobal enerji transformasiyasının sürətləndiyi şəraitdə Azərbaycan da enerji siyasətini yeni çağırışlara uyğunlaşdırır. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, eləcə də Xəzər dənizinin böyük bərpaolunan enerji potensialından istifadə istiqamətində atılan addımlar bu strategiyanın əsas elementləridir. Məqsəd yalnız enerji istehsalını artırmaq deyil, həm də dayanıqlı və ekoloji cəhətdən təmiz enerji modelini formalaşdırmaqdır.

Dördüncü istiqamət elektrik enerjisi dəhlizlərinin yaradılmasıdır. Azərbaycan artıq özünü təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də gələcəyin elektrik enerjisi ixracatçısı kimi mövqeləndirir. Bu baxımdan Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilməsi nəzərdə tutulan layihələr Azərbaycanın yaşıl enerjisinin Avropa bazarlarına çatdırılmasına imkan verəcək və ölkənin enerji mərkəzi kimi rolunu daha da gücləndirəcək”, – deyə deputat əlavə edib.

C.Paşazadə sonda qeyd edib ki, Azərbaycanın enerji arxitekturası neft və qaz layihələrindən başlayaraq yaşıl enerji, elektrik enerjisi dəhlizləri, enerji təhlükəsizliyi və regional inteqrasiyanı əhatə edən çoxşaxəli strateji modelə çevrilib. Bütün bunlar vahid strateji məqsədə xidmət edir: Azərbaycanın enerji resurslarını regional sabitliyin, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın mühüm alətinə çevirmək. Rəsmi Bakının həyata keçirdiyi enerji siyasəti resurslardan siyasi təzyiq vasitəsi kimi deyil, qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsipləri əsasında istifadə olunmasına söykənir. Bu model ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropanın və daha geniş regionun enerji təhlükəsizliyinə də mühüm töhfə verir.

Əvvəlki Yazı

Cəlilabadda I Kitab Sərgisi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.