Avqust 20, 2026-8:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində söz sahibi olan ölkədir

2026:02:17 - 16:24
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın son illərdə yürüt¬düyü çoxşaxəli və praqmatik xarici siyasətin növbəti uğurlu diplomatik nəticəsi kimi dəyərləndirilməlidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, Azərbaycanın Avropa siyasi və enerji arxitekturasında mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

Onun sözlərinə görə, ilk növbədə, diqqətçəkən məqam Bakının Balkan ölkələri istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmasıdır. Serbiya kimi regional təsir imkanlarına malik bir dövlətlə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın Avropa ilə münasibətlərində etibarlı və balanslı aktor obrazını gücləndirir. Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə apardığı danışıqlar qarşılıqlı siyasi etimadın artıq taktiki deyil, strateji səviyyəyə keçdiyini nümayiş etdirir.

Siyasi şərhçi vurğulayıb ki, səfərin əsas uğur komponentlərindən biri enerji sahəsində əldə olunan razılaşmalar və verilən siyasi mesajlardır. Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyində söz sahibi olan ölkədir. Serbiya ilə qaz təchizatı və enerji əməkdaşlığı üzrə müzakirələr Bakının Avropa üçün alternativsiz tərəfdaş statusunu bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycanın geosiyasi çəkisinin iqtisadi alətlər vasitəsilə necə səmərəli şəkildə artırıldığının real nümunəsidir. Digər mühüm məqam Serbiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə nümayiş etdirdiyi açıq siyasi dəstəkdir. Bu yanaşma Prezident İlham Əliyevin prinsipial və nəticəyönlü diplomatiyasının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Rəsmi Bakı beynəlxalq münasibətlərdə emosiyalara deyil, maraqlara və qarşılıqlı faydaya əsaslanan xətt yürütməyin nə qədər effektiv olduğunu bir daha sübut edir.

“İqtisadi və investisiya sahəsində perspektivlər də səfərin uğur göstəricilərindəndir. İnfrastruktur, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərində müzakirə olunan layihələr Azərbaycan kapitalının Balkan ölkələri bazarında möhkəmlənməsi üçün yeni imkanlar açır. Bu isə siyasi dialoqun real iqtisadi nəticələrlə tamamlandığını göstərir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın regional və qlobal miqyasda öz maraqlarını dəqiq hesablayan, sözünü əməli addımlarla möhkəmləndirən güclü dövlət olduğunu bir daha ortaya qoydu. Bu səfər həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan Azərbaycanın aktiv diplomatiyasının növbəti uğur səhifəsi kimi tarixə düşür”, – deyə F.Şahbazlı vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycan-Serbiya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan praktik inteqrasiyaya

Növbəti Yazı

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri mühüm nəticələrlə yadda qaldı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.