Avqust 2, 2026-21:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan bütün geosiyasi güclərin dostluq etmək istədiyi strateji mövqeyə malikdir –

2026:07:30 - 12:21
in SİYASƏT
A A

Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkiləndə bir qrup yüksək səslə bu layihənin iqtisadi əsaslarının olmadığını deyirdi. Ələt limanının yükaşırma qabiliyyəti artırılanda da eyni çıxışları tez-tez eşidirdik. Sərhədlərin bağlı olmasına da oxşar reaksiyalar verildi. Yəni, onların düşüncəsinə görə nə Qarsa dəmir yolu xəttinin çəkilməsinə, nə Ələt limanının imkanlarının artırılmasına, nə də sərhədlərin bağlanmasına ehtiyac vardı. Bir reallıq var ki, böyük dövlətlər, millətlər və liderlər prosesləri qabaqlaya bilir. Problemlər qapıya dayanmadan onun həllini tapır. Elə böyüklük də buradan qaynaqlanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti mövcud geosiyasi riskləri öncədən görüb, buna qarşı qabaqlayıcı addımlarını atmışdı: “Bu addımların içərisində ən əhəmiyyətlisi isə düşünürəm ki, ikinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra Ermənistanla sülh prosesinə başlamaq oldu. Yaranan mənzərəni bir az da açsaq – şimalda Rusiya Ukrayna ilə müharibədədir, cənubda İran, ABŞ, ərəb ölkələri və İsrail bir-birinə raket və dronlarla hücum edir. Bu səbəbdən qlobal ticarət böhran vəziyyətindədir. Okeanlarda və materik daxilində təhlükəsiz ticarət demək olar ki, mümkün deyil. Yalnız bir təhlükəsiz xətt qalır – Orta Dəhliz. Bu həmin dəhlizdir ki, yüklər Çindən yola salınır, Xəzər dənizini keçərək Ələt limanına gəlir, buradan bir hissəsi Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınır, oradan isə Avropaya çatdırılır. Zəngəzur dəhlizi ilə isə Azərbaycanın təklif etdiyi daha bir alternativ işə düşəcək”.

“İndi təsəvvür edin ki, bu qlobal ticarətin iki əsas tərəfi olan Çin və Avropa İttifaqı Azərbaycanla əlaqələri genişləndirməyə çalışır. Çinlə əldə olunan hərtərəfli strateji tərəfdaşlıq, Avropa İttifaqı ilə oxşar sənəd üzərində müzakirələrin aparılması Azərbaycanın həm iqtisadi, həm də diplomatik uğurundan xəbər verir. Vaxtilə Azərbaycana qarşı bütün qapılarını bağlayan Qərb dövlətləri, indi Prezident İlham Əliyevlə görüşəməyə can atır. Dünya liderlərinin tez-tez Bakıya gəlməsi, rəsmi səfərlər üçün göndərilən dəvətlər bunun sübutudur. İndi Azərbaycan bütün geosiyasi güclərin dostluq etmək istədiyi strateji mövqeyə malikdir. Atılan addımlar Azərbaycana yalnız siyasi üstünlük qazandırmır, ölkəmiz həm də investisiyalar üçün cazibədar mərkəzə çevrilir. Demək istədiyim odur ki, bu gün ekspertlərimiz üçün yaranan mənzərəni şərh etmək çox asandır. Amma bütün bu prosesləri 10-15 il hətta daha əvvəldən görmək, yaranacaq riskləri fürsətə çevirmək böyük siyasətçilərin hünəridir”, – deyə siyasi şərhçi əlavə edib.

Əvvəlki Yazı

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə – Qələbin şəlaləsi

Növbəti Yazı

Varikoz və tromboflebitdə tətbiq olunan bitkilər barədə tövsiyələr verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.