İyul 3, 2026-21:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan–Çexiya münasibətləri çoxşaxəli xarakter daşıyır

2026:04:30 - 10:39
in SİYASƏT
A A

Avropa dövlətlərinin ölkəmizə marağı ildən-ilə artır. Bu maraq Azərbaycan-Avropa əməkdaşlığının hazırkı geosiyasi və iqtisadi reallıqlar fonunda daha da çoxşaxəli xarakter alıb. Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri də məhz bu baxımdan hər iki ölkə üçün əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, Azərbaycanla Çexiya arasında 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə əlaqələrin hüquqi bazasını möhkəmləndirərək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edib. Enerji sektoru bu münasibətlərin əsas sütunlarından birinə çevrilib və bu gün Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur. Bununla yanaşı, iqtisadi, texniki və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əməkdaşlığının inkişafı istiqamətində də ardıcıl addımlar atılır.

“Çexiyanın müdafiə sənayesi sahəsində zəngin təcrübəsi var və bu sahədə də əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur. Eyni zamanda, Rusiya–Ukrayna müharibəsindən sonra Avropa enerji təchizatını şaxələndirmək məqsədilə alternativ mənbələrə daha çox ehtiyac duyur və Azərbaycan bu kontekstdə etibarlı və sabit tərəfdaş kimi çıxış edir.

Yaxın Şərqdəki qeyri-sabitlik və qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın tranzit rolunu daha da gücləndirir. Ölkəmiz Orta Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və səmərəli marşrutlardan birinə çevrilir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və coğrafi baxımdan əlverişli mövqeyi də Avropa dövlətlərinin marağını artıran əsas amillərdəndir.

Avropa İttifaqı daha sabit, proqnozlaşdırıla bilən və yaxın tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Azərbaycanın Avropanın enerji təminatında, xüsusilə qaz təchizatında iştirakı isə bu əməkdaşlığın əhəmiyyətini daha da artırır və logistika baxımından üstünlüklər yaradır”,- deyə K.Əliyeva vurğulayıb.

Professor qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolu və güclü tranzit-logistika imkanları ölkəmizi Avropa üçün strateji tərəfdaşa çevirir. Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra daha da artıb. Bu, regionda formalaşmış yeni reallıqlar, enerji təhlükəsizliyində oynadığı rol və etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi ilə bağlıdır.

Əvvəlki Yazı

Azərbaycanda I rübdə sığortaedənlərin sayı 2,2 milyondan çox olub

Növbəti Yazı

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.