İyul 18, 2026-0:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan dəyişən dünya nizamında müstəqil strategiyasına əsaslanan güclü dövlət kimi çıxış edir 

2026:07:17 - 18:00
in SİYASƏT
A A

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, strateji prioritetlərini və uzunmüddətli inkişaf baxışını kompleks şəkildə ortaya qoyur. Dövlətimizin başçısının mesajlarının əsas xətti ondan ibarətdir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və daha geniş coğrafiyada gedən geosiyasi və geoiqtisadi proseslərə təsir imkanlarını artıran dövlətdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, Prezidentin çıxışında Azərbaycanın əlverişli coğrafi mövqeyinin siyasi və iqtisadi üstünlüyə çevrilməsi xüsusi diqqət çəkir. Son illərdə yaradılmış müasir nəqliyyat və enerji infrastrukturu, qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əməkdaşlığın inkişafı Azərbaycanın beynəlxalq bağlantılar sistemində əhəmiyyətini artırıb. Xüsusilə Orta Dəhlizin rolunun yüksəlməsi göstərir ki, ölkəmizin tranzit imkanları artıq yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi məna daşıyır. Qlobal qarşıdurmalar və ənənəvi marşrutlarla bağlı risklər fonunda Azərbaycan etibarlı və alternativ bağlantı məkanı kimi ön plana çıxır.

Bu kontekstdə Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və Azərbaycan-Mərkəzi Asiya formatının güclənməsi də vahid geosiyasi mənzərənin tərkib hissəsidir. Mərkəzi Asiya ilə Azərbaycan arasında tarixi və mədəni yaxınlığın nəqliyyat, logistika, iqtisadiyyat və siyasi əməkdaşlıqla tamamlanması Xəzər hövzəsi üzərindən daha geniş inteqrasiya məkanının formalaşmasına imkan yaradır. Bu proses Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir.

Prezident İlham Əliyevin mesajlarında Azərbaycan-Türkiyə münasibətləri isə xüsusi strateji və mənəvi məzmun daşıyır. İki ölkə arasındakı münasibətlər dostluq və strateji tərəfdaşlıq çərçivəsini aşaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlərin gücü yalnız dövlətlərarası sənədlərdən deyil, xalqlar arasındakı tarixi qardaşlıqdan qaynaqlanır. Müasir dünyada müxtəlif qarşıdurmalar fonunda Azərbaycan-Türkiyə birliyinin sabitlik və qarşılıqlı etimada əsaslanan model kimi çıxış etməsi xüsusilə əhəmiyyətlidir.

“Dövlətimizin başçısının Avropa təsisatları ilə bağlı fikirləri də Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ifadə edir. Azərbaycan Avropa ölkələri və təsisatları ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında əməkdaşlıqda maraqlıdır. Bununla yanaşı, ölkəmizə qarşı ikili standartlar və siyasi təzyiq mexanizmləri qəbuledilməzdir. Prezidentin mesajlarından çıxan əsas nəticə budur ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq suverenliyə hörmət və bərabər münasibət prinsipləri üzərində qurulmalıdır.

ABŞ ilə münasibətlərə dair səsləndirilən fikirlər isə ikitərəfli əlaqələrdə yeni mərhələnin formalaşdığını göstərir. Azərbaycan üçün əsas prinsip qarşılıqlı maraqlara və strateji tərəfdaşlığa söykənən münasibətlərin inkişafıdır. Eyni zamanda, uzun illər Azərbaycana münasibətdə ayrı-seçkiliyin nümunəsi kimi qiymətləndirilən “907-ci düzəliş” kimi yanaşmaların dəyişən geosiyasi reallıqlara uyğun şəkildə aradan qaldırılması zərurəti gündəmdə qalır. Regionda sülhün və əməkdaşlığın təşviq edilməsi Cənubi Qafqaz üçün yeni iqtisadi və siyasi imkanlar yarada bilər”, – deyə deputat bildirib.

Azərbaycan regional liderlikdən “orta güc” statusuna yüksəlir

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın regional liderlikdən “orta güc” statusuna yüksəlməsi ilə bağlı yanaşması xüsusi diqqətə layiqdir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətin gücü artıq yalnız ərazisinin və ya əhalisinin ölçüsü ilə müəyyən edilmir. Müstəqil qərar qəbul etmək, milli maraqları qorumaq, güclü müdafiə potensialına malik olmaq, regional proseslərə təsir göstərmək və beynəlxalq təşəbbüslər irəli sürmək əsas meyarlara çevrilib. Bu baxımdan Azərbaycan özünün siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik imkanlarını vahid strateji gücə çevirməkdədir.

Enerji siyasətinin də Azərbaycanın beynəlxalq çəkisini artıran əsas istiqamətlərdən biri olduğunu vurğulayan Vüqar İskəndərov əlavə edib: “Azərbaycanın çoxsaylı ölkələrə qaz tədarük etməsi və ixrac coğrafiyasını genişləndirməsi ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunu yüksəldir. Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan etibarlı və proqnozlaşdırılabilən tərəfdaş kimi əhəmiyyətini artırır. Yeni bazarlara çıxış isə ölkənin enerji diplomatiyasının coğrafiyasının daha da genişləndiyini göstərir”.

Deputat deyib ki, Prezidentin insan hüquqları və müstəmləkəçiliklə bağlı mesajları beynəlxalq münasibətlərdə ikili standartlar məsələsini yenidən gündəmə gətirir. Azərbaycan insan hüquqlarının siyasi təzyiq alətinə çevrilməsinin əleyhinə çıxmaqla yanaşı, müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemlərinin də beynəlxalq gündəmdə yer almasını vacib hesab edir. Bu yanaşmanın arxasında Azərbaycanın öz tarixi təcrübəsi də dayanır. Müstəmləkə keçmişinə malik və müstəqilliyinin dəyərini yaxşı bilən Azərbaycan bu gün milli kimliyini və gələcəyini müəyyən etmək istəyən xalqların hüquqlarının müzakirəyə çıxarılmasını prinsipial məsələ kimi təqdim edir.

Milli birlik Azərbaycanın uzunmüddətli təhlükəsizliyinin və inkişafının fundamental şərtidir

“Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin çıxışının ən mühüm strateji xətlərindən biri gələcəyə yönəlmiş çağırışlardır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yeni nəqliyyat bağlantılarının yaradılması, rəqəmsal transformasiya və süni intellektin inkişafı, enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması qarşıdakı dövrün əsas prioritetləri kimi müəyyənləşir.

Fikrimcə, Prezidentin Şuşadan verdiyi ən mühüm mesajlardan biri milli birliyin Azərbaycanın uzunmüddətli təhlükəsizliyinin və inkişafının fundamental şərti olmasıdır. Dünyada geosiyasi rəqabətin kəskinləşdiyi, müharibə və qarşıdurmaların artdığı bir şəraitdə dövlətlərin dayanıqlılığı, ilk növbədə, cəmiyyətin birliyindən, milli iradədən və öz gücünə arxalanmaq qabiliyyətindən asılıdır.

Bu baxımdan gənc nəslə ünvanlanan çağırışların da strateji mahiyyəti var. Vətənə bağlılıq, milli kimliyin və milli ləyaqətin qorunması, güclü iradəyə malik olmaq sadəcə mənəvi çağırış deyil, Azərbaycanın gələcək dövlətçilik modelinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin mesajlarının ümumi fəlsəfəsi belə ümumiləşdirilə bilər: Azərbaycan dəyişən dünya nizamında öz gələcəyini kənar qüvvələrin qərarlarından asılı vəziyyətdə deyil, öz siyasi iradəsi, milli birliyi, iqtisadi potensialı və müstəqil strategiyası əsasında qurmağa çalışan güclü dövlət kimi çıxış edir”, – deyə Vüqar İskəndərov vurğulayıb.

Əvvəlki Yazı

Milli mətbuatımızın Zəfər salnaməsi: “Əkinçi”dən Şuşa Qlobal Media Forumuna

Növbəti Yazı

Merz Almaniyanın Makronun xələfi olan istənilən şəxslə işləməyə hazır olduğunu bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.