Avqust 14, 2026-21:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb

2026:08:14 - 16:47
in SOSİAL
A A

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Vikimedia Azərbaycan” tərəfindən təşkil edilmiş “Viki Mingəçeviri sevir” layihəsi çərçivəsində innovativ alət təqdim olunub.

Vikipediya məqalələrinin redaktə prosesini daha müasir, sürətli və rahat etmək məqsədilə “WikiProof” adlı brauzer əlavəsi hazırlanıb. Süni intellekt dəstəkli alət seçilmiş mətn hissələrində dil, üslub, orfoqrafiya və punktuasiya ilə bağlı çatışmazlıqları müəyyənləşdirərək istifadəçiyə redaktə təklifləri verir.

Bu barədə AZƏRTAC-a süni intellekt alətinin müəllifi, Azərbaycan dilində vikipediyanın inzibatçısı Toğrul Rəhimli məlumat verib. O bildirib ki, innovativ alət “Gemini” və “OpenAI” platformalarının uyğun süni intellekt modellərini dəstəkləyir. İstifadəçilər ehtiyaclarına uyğun modeli seçərək mətnin yoxlanılması və redaktə təkliflərinin hazırlanması üçün istifadə edə bilərlər.

“WikiProof”un diqqətçəkən üstünlüyü dəyişiklikləri aydın və müqayisəli şəkildə təqdim etməsidir. İstifadəçi hazırkı mətnlə təklif olunan variant arasındakı fərqləri dərhal görür, düzəlişi bir kliklə tətbiq edə, yaxud mətni olduğu kimi saxlaya bilir. Bu isə həm yeni başlayanlar, həm də təcrübəli vikipediya redaktorları üçün redaktə prosesini nəzərəçarpacaq dərəcədə sadələşdirir. Alət həmçinin vikipediyaya məxsus keçidlərin, istinadların, şablonların və digər mühüm mətn elementlərinin qorunmasına xüsusi diqqət yetirir.

Alətin yaxın zamanda “Chrome Web Store” platformasında yerləşdirilməsi planlaşdırılır.Azərtac.

Əvvəlki Yazı

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Növbəti Yazı

BMU məzunu Londonda magistratura təhsili alacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.