İyul 25, 2026-22:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Elm Fondu: Layihələrin kommersiyalaşdırılması prioritet istiqamətlərdən biridir

2026:07:23 - 12:29
in SOSİAL
A A

Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən elmi layihələrin nəticələrinin praktik tətbiqi və kommersiyalaşdırılması, həmçinin Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlığının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Fonddan AZƏRTAC-ın sorğusuna cavabında bildirilib ki, maliyyələşdirilən layihələrin yalnız fundamental elmi nəticələr əldə etməsi deyil, eyni zamanda, tətbiqi əhəmiyyət daşıması prioritet məsələlərdəndir. Layihələrin qiymətləndirilməsi zamanı onların innovativliyi, tətbiq imkanları və sosial-iqtisadi faydası nəzərə alınır. Xüsusilə layihələrin istehsalat, sənaye, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə tətbiqinə üstünlük verilir. Eyni zamanda, innovativ məhsul və texnologiyaların yaradılmasına yönəlmiş layihələr dəstəklənməklə elmi nəticələrin kommersiyalaşdırılması üçün əlverişli mühit formalaşdırılır.

Azərbaycan Elm Fondu beynəlxalq elmi əməkdaşlığın inkişafına xüsusi önəm verir. Fond müxtəlif ölkələrin müvafiq elmi qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri keçirir. Hazırda Türkiyənin TÜBİTAK təşkilatı ilə birgə qrant proqramı uğurla reallaşdırılır. Bundan əlavə, Fond alimlərin beynəlxalq konsorsiumlarda iştirakını, xarici tərəfdaşlarla birgə tədqiqat layihələrinin hazırlanmasını və beynəlxalq elmi əlaqələrin genişləndirilməsini dəstəkləyir. Bu təşəbbüslər Azərbaycan alimlərinin beynəlxalq elmi məkana inteqrasiyasına və ölkənin elmi potensialının tanıdılmasına xidmət edir.

Əvvəlki Yazı

Ölkədən xaricə turist axını 5%-dən çox azalıb

Növbəti Yazı

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.